Etiraf
Gəlib düşdüm genişlikdən darlığa,Neylədisə mənə şəhər eylədi.Sığışmazdım yerə, göyə, varlığa,Şəhər məni lap birtəhər eylədi.
Qəlbim, ruhum təmiz deyil, saf deyil,Tüstülərdən, dumanlardan göz açmır.Qələmim də zəhərlənib elə bil,Neçə vaxtdır çiçəklərdən söz açmır.
Dar qəfəsdə könül gəlməz həvəsə,Dar küçəyəm, dar döngəyəm, dar dalan.Bu dərdimi söyləmərəm heç kəsə,Kimdi burda dərd dağıdan, dərd alan.
Mən şəhərdə, xalq əkində, biçində,Torpağıma bənd olmağım gözəlmiş.Şəhər oldum bu şəhərin içində,Kəndə dönüb kənd olmağım gözəlmiş!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-etiraf
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu bizim İbrahimə öz tayfasına qarşıverdiyimiz dəlildir. Biz istədiyimiz kimsəni
Nur dağının Məhəmmədə salamıEşidilən səsə,yetişən ünə,
Peyğəmbərə uca vəhyi, şairə ilham verdilər(Ya Peyğəmlərl) Həqiqətən, Biz sənəKövsər (Cənnətdəki Kövsər irmağını və ya
Səhradakı qum dənəsi sal qayadan nişanədirElə bir kimsə yoxdur ki, onun üstündəbir gözətçi (mələk) olmasınl
Başqa şairlərin şeirləri · Vətən
Mən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Vətənimdir vətənimdir vətənimdir vətənimPənbeyi-daği-cünun içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Çəkə bilməzİstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.