Eşidilən səsə,yetişən ünə,Sənin bu dünyayagəldiyin günə,Səni yaradanınböyüklüyünəBizdən salam olsun,ya Rəsulullahl

Yazılan dəftərə,yazan qələmə,Dilində səslənənsözə, kəlama,Sənin qazandığınhaqqı-salamaBizdən salam olsun,ya Rəsulullahl

Tanrıdan başınaqoyulan taca,Qalxıb ucaldığınsirli meraca,Öpdüyün Kəbəyə,getdiyin hacaBizdən salam olsun,ya Rəsulullahl

Saçına əl çəkənmehə, küləyə,Başına dolanançərxi-fələyə,Adını dilindətutan mələyəBizdən salam olsun,ya Rəsulullahl

Şirin ülfətinə,şirin mehrinə,Alnında parlayannurun sehrinə,İdrak zirvəsinə,Quran möhrünəBizdən salam olsunya Rəsulullahl

Gecələr qəlbindəalışan şama,Haqqın əllərindəniçdiyin cama,Külli-kainata,külli-islamaBizdən salam olsun,ya RəsulullahlBizdən salam olsun,ya Rəsulullah!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri