Zor iş
Bütün ağrıların adını bildim,Bütün dərmanların dadını bildim,Bütün insanları süzdüm, ələdim,Doğmasını bildim, yadını bildim,İnsanla danışmaq zor imiş, Allahl
Dərdin dənizində üzdüm, yaşadım,Bütün bəlalara dözdüm, yaşadım,Bütün ağrıları canıma çəkdim,Ağrıya-ağrıya gəzdim, yaşadım,Ağrıyla yaşamaq zor imiş, Allahl
Qovuşdum aylara, çatdım illərə,Gəmitək yan aldım gen sahillərə,Ağlım açar saldı bağlı dillərə,Hamıyla dil tapdım, dindim, danışdım,Səninlə dil tapa bilmədim, AllahlHamıyla dil tapıb danışmaq olar,Səninlə danışmaq zor imiş, Allahl
Almaniya, Hannover
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-zor-is
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.(Hələlik qulaq verin)
Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.