Su içməyə gələn qız
Su içməyə gələn qız,İç, halal xoşun olsun.Burda növbə sənindi,Keç, halal xoşun olsun.
Bir alışan can durur,Durur, beyni qan durur.Sevən bir oğlan durur,Seç, halal xoşun olsun.
Su varsa, içməlisən,Yarını seçməlisən,Bir qəlbə köçməlisən,Köç, halal xoşun olsun.
2005, iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-su-icmeye-gelen-qiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardən
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,