Qızlar bulağından su içən gözəl
Tanrı dərgahından gələn ruzu var,Gözünlə sığalla, əlinlə yu ver.Alışdı ciyərim, bir dolça su ver,Qızlar bulağından su içən gözəl.
Ay nuru, gün odu, qar işığısan,Hər kimə yar olsan, yar işığısan.Bal ilə qaymağın qarışığısan,Qızlar bulağından su içən gözəl.
Xına gecəsində qızarar əllər,Gözəllik vaxtında özünü ləllər,Sən içən bulağa qurban kəsəllər,Qızlar bulağında su içən gözəl.
Güllərin canından şirə çəkirsən,Göyü cazibənlə yerə çəkirsən,Məni eşq adlanan pirə çəkirsən,Qızlar bulağında su içən gözəl.
Ürəyim az qalır uçan quş olsun,Kim var ki, sevməkdən yorulmuş olsun?İç, içə bildikcə, sənə nuş olsun,Qızlar bulağında su içən gözəl.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qizlar-bulagindan-su-icen-gozel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Göy geyindir, göy çəmənə çıxanda,Yar çəmənə, çəmən yara yaraşsın!
Sirr sözüMəni gizli imtahana çəkirsən,lazımdımı açıq deyim hər sözü?
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Gene bu tazə, könül mehri bir cavanə salıbGenə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.