Dərdim – dəmir qapı Dərbəndim
Mənim olan mənim deyil,Sevinc dərdə qənim deyil.Vətənim qürbətə döndü,Bu mənim Vətənim deyil.
Millət ətri verən gülü,Vətən dadan suyu yoxdu.Çox quyular qazdı düşmən,Bundan dərin quyu yoxdu,Bu mənim Vətənim deyil.
İçi içimə oxşamır,Çölü çölümə oxşamır.Mənim dilimdə danışır,Mənim dilimə oxşamır,Bu mənim Vətənim deyil.
İz mənim, naxış mənimdi,Göz mənim, baxış mənimdi.Yerində çiçək mənimdi,Göyündə yağış mənimdi,Bu mənim Vətənim deyil.
Güc işidi, zor işidi,Fənd işidi, tor işidi.Əti dırnaqdan ayırmaqKafir, gorbagor işidi,Bu mənim Vətənim deyil.
Dərbənd dərdin yekəsiymiş,Yadın yağlı tikəsiymiş.Ağrıları parça-parçaCiyərimi sökəsiymiş,Bu mənim Vətənim deyil.
Məclisi var, ozanı yox,Məscidi var, əzanı yox.Dərd, dərd üstə qalaq-qalaq,Olduğutək yazanı yox,Bu mənim Vətənim deyil.
Narınqala – qalam olmaz,Balası var – balam olmaz.Burdan ora salam getməz,Ordan bura salam olmaz,Bu mənim Vətənim deyil.
Dərbəndimiz dəmir qapı,Qapı ömür, ömür qapı.Ha döyürəm, çağırıram,Mənə heç nə demir qapı.
Üç yüz illik bir yaradı,Bağrı min yerdən paradı.Qapısının rənginə bax,Qəzəbindən qapqaradı.
Daşıdığım dərd də belə,Götürdüyüm yük də belə.Borçalı da bu gündədi,Təbriz də, Kərkük də belə.Yağım var it dərisində,Balım eşşək arısında.
Həsrəti var gözləriminQarasında, sarısında.Mənim dərdim siyasətinKüpəgirən qarısında.Kök mənim, budaq özgənin,Baş mənim, papaq özgənin.Çiçəyi çəmənim idi,Libası kəfənim idi,Torpağı vətənim idi.Dünənə bax, ay eloğlu,Sənin idi, mənim idi.Bu mənim Vətənim idi,Bu mənim Vətənim deyil!
Dərbənd, 2009, iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-derdim-demir-qapi-derbendim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Şairlik dəbdən düşübŞairlik dəbdən düşüb...Bir yerə sığışmaz,
Oxuyun məniEy ana torpağım, ey ana yurdum!Sənin qucağında ayağa durdum.
Bir gecəlik Kür olmuşamSahilində qaldım Kürün,Verdim Kürlə baş-başa mən.