Prezident ömrünün son saatları
Olmamışam yanında,görməmişəm mən onu,Necə başa yetişibböyük bir ömrün sonu?Görən nəyi düşünübson anda, son saatda,Kimi yadına salıb,nəyi anıb həyatda?Əcəl gəlib çıxandaömrün axır çağınaGörəsən kimlər gəlibgözünün qabağına?Bəlkə, quşa çevrilib,Azərbaycana sarıqalxıb uçmaq istəyib?Bəlkə, nəvələriniöpüb-qucmaq istəyib?Kimi görmək istəyib:yarı Zərifənimi,anası İzzətimi?Varlığını göynədəncanının ağrısımı,Vətənin həsrətimi?Bəlkə də ürəyinədünyaya göz açdığı,Torpağının üstündəyüyürdüyü, qaçdığıQədim Naxçıvan düşüb,Elə bu ağrıdan daürəyinə qan düşüb?Bəlkə, yanan qəlbinəQoşqarın zirvəsindənbir ovuc qar istəyib?
Bəlkə, sağalmaq üçünGöygölün yaxasındangüllü bahar istəyib?Dilimizi titrədər,ruhumuzu silkələr,Sinəmizdə dərd olarbu amansız “bəlkə”lər.Əcəl aman verəydi,Xalq ona gözündən od,Canından can verəydi.Çıxaydı nur heykəlitəyyarənin qaşına,Yenə salam verəydiyarına, yoldaşına.Bizə əl eləyəydi,gəlişi aşıb-daşa,gəlhagəl eləyəydi.Təyyarədən düşəndəo, əsgəri nizama,O, hərbi intizamabaxıb qürurlanaydı,Gözlərindən sevinib,içindən nurlanaydı.Səksən yaşlı bir kişiigid bir oğul kimiqaldıraydı səsini,Kürsülərdə duyaydıqalovlu nəfəsini.Baxıb Azərbaycana“Sən mənimsən”, — deyəydi,Səməd Vurğun şeirinə“Vətənimsən”, — deyəydi.Duyulaydı nəfəsihər isinən yuvada,Yenə çıxış edəydiyumruqları havada.Bunlar hamısı arzu,bunlar hamısı xəyal,Gözlərim bir nöqtədə,baxışım lal, dilim lal.Necə keçib bilmirəm,bilmirəm son anların,Gözü yollarda qaldıhəsrətdən donanların.Bildiyim ancaq budur:“Qürbətdə Əzrayılavermərəm canl”demisən,Son anda, son saatdaİLHAM pıçıldamısan,AZƏRBAYCAN demisən.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-prezident-omrunun-son-saatlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir