Bir qız gördüm, yanağınaÇiçək dedim, çiçək dedim.Gözəlliyin sağlığına,İçək dedim, içək dedim.

Gözündəki oda qurban,Dilindəki dada qurban.Ata verən ada qurban,Mən adına “Göyçək” dedim.

Öz başları, öz əlləri,Od dilləri, köz əlləri,Allah seçib gözəlləri,Biz də sevək, seçək dedim.

2005, sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri