Yay günü yağdırıb üstünə qarı,Ağardıb saçını yağılar, Vətən.Haqqın ürəyinə güllə dəyəndəYandırıb dilini ağılar, Vətən.

Yıxıldı zülm evi, çəkildi ayaz,Yenə sənin oldu tər çiçəkli yaz.Xəyanət dağ olsa, daşı da qalmaz,Göl olsa, suları soğular, Vətən.

Azalmaz ananın eşqi, hünəri,Hər gün çəkilsə də balanın yeri.Bir oğlun dönmədi cəbhədən geri,Min oğlun təzədən doğular, Vətən.

1974, 1 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri