Bacı
Yeni bir şeirimi yazıram sənə,Bilirəm, sözümün acısan, bacı.İlhamsız vaxtımı, yorğun anımıŞeirsiz günümü acı san, bacı.
Eşqinlə dillənən kamandı, sazdı,Şairlər adına min nəğmə yazdı.Şirin sözlərinə bal desəm azdı,Kim deyir “soğandan acısan”, bacı.
Nə sevdin boranı, nə yersiz nazı,Gülüşün könlümə gətirdi yazı.Bir evin gəlini, bir evin qızı,Bir eşqin qızılı tacısan, bacı.
Yüzü, yüz əllini keçsə də yaşın,Bir gün çatılmasın kədərdən qaşın.Təkcə mən deyiləm sənin qardaşın,Qardaşlı dünyaya bacısan, bacı.
1974, 16 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-baci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qurumasın bulaqların gözü,Solmasın çiçəklərin yanağı,
Səndə nə günah varBu qədər ehtiyat eyləmə, gözəl,Bil ki o gözlərin giləsi mənəm.
Şairdən xatirə qalsınGəl, ay pir olmuşun qızı,Sevgi pirdən-pirə qalsın.
Sevginin gözüylə baxsan dünyayaSevginin gözüylə baxsan dünyaya,Ulduzu böyüdüb Ay görəcəksən,