Yuxunun əlindən alıb gecəni,Bir sirdaş olmuşam əriyən şama.Yanmışam hər sözün istisində mən,Yazmışam gözümdən yaş dama-dama.Səhərin yanına üzüağ gəlib,Varlığım güvənib eşqə, ilhama.Gecəni gündüzə qata bilməsə,Kim çatar arzuya, kim çatar kama.

1974, 23 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri