Yaxşı tanıyıram bu bədbəxti mən,Yazıq haçan güldü, haçan sevindi?Nə bircə qapını açdı sevinclə,Nə də qapısını açan sevindi.

Gördü sifətini, gülən ağladı,Paylaşıb dərdini bilən ağladı,Kövrəlib, yanına gələn ağladı,Baş alıb yanından qaçan sevindi.

Himindən yıxıldı, dəhnəsi getdi,Təzəsi dağıldı, köhnəsi getdi.Ondan ilanın da zəhləsi getdi,Sürünən ayrıldı, uçan sevindi.

2001, 2 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri