Yoruldu
Həqiqəti gəzə-gəzə yaşadı,Haqq görmədi, haqdan yazan yoruldu.Səsi gedib Yaradana çatmadı,Çiçək ömrü oldu xəzan, yoruldu.
Allahındı hər daş-divar, hər kaha,Qurban gəldik Allah quran dərgaha.Yarımadıq, çox yalvardıq Allaha,Yerdə məscid, göydə əzan yoruldu.
Boynumuzda yerin-göyün minnəti,Başımızda bədxahların töhməti.Yuxularda gördük ancaq cənnəti,Danışmaqdan yuxu yozan yoruldu.
Yatanlara necə deyim qalx, ayıl,Ölümlərə meydan oxu, say, sayıl.Gor eşməkdən yorulmadı Əzrayıl,Yer eşməkdən qəbirqazan yoruldu.
2000, 27 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yoruldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay Murad, sehrinlə qır tilsimləri,Bir görək o köhnə qalada nə var?
Mahal ismayıloğlunaÖzüm dərdəm, adım dərdnən adaşdı,Ağlamaqnan bağrım yaman badaşdı.
Bəhlul zəlimxanoğlunaArzular qarşısında neçə qat divar durur,Sən ki o divarların sərtliyindən halısan.
Günay zəlimxanqızınaGöynən gedən buludlar,*Niyə danışmırsınız?*
Başqa şairlərin şeirləri · İlahi eşq
Payızda baharın yolunu tutdun,Çiçəklər bitəcək içindən garın.
Qəsdin budu gər xatiri-biçarə dağılsınQəsdin budu gər xatiri-biçarə dağılsın,Bir şanə çək ol türreyi-tərrarə dağılsın.
ای پیک نامه بر، خبر او به ما رسانبویی ز کوی صدق به اهل صفا رسان
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,