Yaz günündə xəzəl olmuşBağların dərdi çəkilməz.Çiçək vaxtı şaxta vurmuş,Tağların dərdi çəkilməz.

Kim nə bilsin nədən getdi,Nəfəs çıxdı, bədən getdi.Ölən öldü, gedən getdi,Sağların dərdi çəkilməz.

İstər ağla, istərsə gül,Hər ocağın axırı kül.Təpələrin işi yüngül,Dağların dərdi çəkilməz.

2000, 24 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar