Ozan yoxdu, ozan yox
Mən deyəni ipə-sapa düzməyə,Yazan yoxdu, yazan yoxdu, yazan yox.Yuxularım müəmmalı, düyünlü,Yozan yoxdu, yozan yoxdu, yozan yox.
Üstümüzdə qadağalar, hədələr,Bağrımızda sızıltılar, zədələr.Dərd açmağa çoxdan ölüb Dədələr,Ozan yoxdu, ozan yoxdu, ozan yox.
Bir yetim var, çəkən yoxdu nazını,Bir qərib var, sındırıblar sazını.Yazan kişi tərsə yazıb yazını,Pozan yoxdu, pozan yoxdu, pozan yox.
2006, noyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ozan-yoxdu-ozan-yox
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Seyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
OdunÇıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,