Kəpənəkçinin
Şırhaşır sinəmdən axar bulaqlar,Başlasa söhbəti Kəpənəkçinin.Nəyinnən danışım, nəyinnən deyim,Azdımı şöhrəti Kəpənəkçinin?!
Qoynunda ocaq var, ocaq buz olmaz,Onsuz çörəyimdə heç vaxt duz olmaz.İnşallah, heç yerdə o ucuz olmaz,Bahadır qiyməti Kəpənəkçinin.
Aşıq meydan qursun, sinəsində saz,Zəlimxan, gün keçir, sən durma, sən yaz.Onu səsləməsəm səsim ucalmaz,Böyükdü hörməti Kəpənəkçinin.
1973, 27 yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kepenekcinin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yüz hüsn dil ü dideyi-heyrana yetişməz,Yüz gənc həqiqətdə bu viranə yetişməz
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
LələXəstə cismim bir cananın ucundan,Yanıb atəşlərə əriyir, Lələ,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül