Bir zamanlar gücüm vardı,Şir ağzından tac almağa.Çox güclülər can atardıGəlib məndən güc almağa.

Cənnət idi məkanımız,Tanrı idi təkanımız.Vardı hər cür imkanımız,Dərgahlara ucalmağa.

Heyif gənclik, vay cavanlıq,Varmı sənə tay, cavanlıq?Salamat qal, ay cavanlıq,Mən gedirəm qocalmağa.

2002, 6 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri