Kövrək ağrı
Qızlar keçib gedir belədən-belə,Baxıram, gözəllər baxır, yan keçir.De, kimə lazımam mən indən belə,Hər qız ürəyindən bir oğlan keçir.
Çiyin tab gətirmir hər ağır yükə,Qayğıdı insanın başından basan.Dünyada ən kövrək ağrıdı, bəlkə,Gözəllər gəncləşə, sən qocalasan!
2001, 23 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kovrek-agri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dedim mərqum edəm ol yarə kağız
Dedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
Gəraylı: Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
Uzaq vilayətdən qız sevən oğlanUzaq vilayətdən qız sevən oğlan,Yaxın qonşusundan soruş halını.
Xosrov və Şirin, fəsil 85Nikisanın sözü sona yetirkən,Barbədin setarı səsləndi birdən.