Mənzərə
Şükür Allaha,Ömrün sınağındançıxmışam daha.Nə bir könül sındırdım,Nə bir kəsin bostanınadaş atdım.İnsanı öldürənhər şeyi atdım.İnsanı yaşadanhər şeyi yaşatdım,Ömrüm boyuucalığa can atdım.Nə bir yuva uçurdum,Nə bir quşundimdiyini qanatdım.Zəhmətə Allah dedim,gecəni gündüzə qatdım,nə dincəldim, nə yatdım.On beşdə də ölə bilərdim,otuzda da,Qarda da dona bilərdim,buzda da,Amma yaşadım.Bütün illərin ləzzətini,Sevincini, əzabını daddım,Günlərin birindəgəlib altmışa çatdım.
2010, 25 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menzere
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Allah! Sən özün yetiş hayıma, harayıma,Mülkümə, sərvətimə, varıma güllə dəydi!
Azərbaycan türkünün qanı tökülür bu günEşit məni Atilla, Alp Arslan, qalx məzardan,Qurtar xalqı zülümdən, qurtar milləti dardan.
Şair, bu gün şeirini evdə yox, səngərdə yazYapılan cinayətin çək üzünə şilləni,Qurulan xəyanətin vur gözünə gülləni.
Ağsaqqal sözüOğul, elə saxla qəlbi, ürəyi,Göy kimi boşalıb-dolandan olsun.