Pişik
Dad! Siçanın əlindənYetişmişik cana, pişik!Dünyanı bizdən ötəriDöndərib zindana, pişik!Dağıdıb kəndliləri,Dadanıb yaxtana, pişik!Doğrayıb zər libası,Eləyib əfsana, pişik!Alagöz gəlinləriQoyub yana-yana, pişik!
Birisi boz dikqulaq,Birisi qonur, balaca;Dərmə-qayıq farmaşınHər yanından açıb baca;Bez ilə irəftardı,Qumaş ilə düşüb ləcə;Harda görsə zər, ziba,Istifa, tirmə, alaca;Biləsən, nə hal kəsirDöşəyə, yorğana, pişik!
Nə qədər əlləşirəm,Bu məluna yoxdu çara;Gündüzlər pünhan olur,Gecələr çıxır aşkara;Çırağı yandıranda,Qaçır, soxulur divara;Dağıdıb quyuları,Indi daraşıb anbara;Müxtəsər, ruzumuzuDöndəribdi qana, pişik!
O gödək zalimü fasiqBelə bir azar elədi;Aləmə gen dünyanıBizdən ötrü dar elədi;Hamı dərddən ziyadaBu dərd mana kar elədi:Dəldi yağ dərilərin,Xumları murdar elədi;Axşamadək evlərdəQurulur zasdana, pişik!
Bu sözləri eşidəndə,Pişik bir tufan elədi;Şeşəltdi bığlarını,Gözləri rövşan elədi;Ay qaranlıq gecədəYüz dəfə cövlan elədi;Qisasa qisas aldı,Bir qana yüz qan elədi;Gördüm, on səkkiziniDüzübdü yan-yana pişik.
Yatmadım sübhə kimi,Mən baxdım qilü-qalına;Öyrənib xəsyətini,Bələd olmuşam halına,Ədəb ilə əyləşibsən,Səd afərin kamalına.Aləmin padişahıDəstini çəkib dalına;Qaynağın poladlanıb,Dönübsən aslana, pişik!
Mən səni iyid bildim,Verdim aran-dağı sana;Alaçığı, ağ çadırıEyvanı, otağı sana.Müxtəsəri, vəssalam,Budu sözün sağı sana:Gözəllər əsirgəməsinPendiri, qaymağı sana;Yeyəsən nəmilərdə,Dönəsən sultana, pişik!
Xanım xələt bağışladı,Ələsgər yazdı dəftərə;Göndərərəm tüllablara,Məlum olsun hər şəhərə;Iyiddi, ölməyincəArxasını qoymaz yerə.Pristav qubernata,Qubernat yazsın sərdərə;İnşallah, nişan verərSana divanxana, pişik!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-pisik
← → düymələri ilə keçid, R — təsadüfi şeir