Şah dağı
Aləmdə dastan olub səddin, sorağın, Şah dağı!Açılıb nərgiz, bənövşən, əcəbdi çağın, Şah dağı!Abi-kövsər kimi axır çeşmən, bulağın, Şah dağı!Heyif ola, bu çeşmədə yoxdu bir sağın, Şah dağı!Müxənnət yaylar köysündə, pozar damağın, Şah dağı!
Haqq səni cənnət yaradıb, qanan yoxdu, qədrin bilə;Sədrin badi-səfasından xəstə könlüm gəldi dilə;Mürğ tək balü-pər açdım, oxudum döndüm bülbülə;Bir gözəl keçdi qarşıdan gözlərindən gülə-gülə;Dağıtdı ömrüm qəfləsin, nə çoxdu yağın, Şah dağı!
Süsən, sünbül, gül, ərğəvan köysündə laləzar verib;Alan, satan gözəllərdi, nə rəvac bazar verib;Damənin çəhar fəsildi, hər meyvə bitib, bar verib;Xudam səni çox bəyənib, bir belə ixtiyar verib;Dalın dənizə söykənib, Kürdü ayağın, Şah dağı!
Bir tərəfin Çənbərəkdi, görənin həvəsi gəlir;Topaşandan qəflə işlər, Gəncənin meyvəsi gəlir;İstanbulun al qumaşı, Bağdadın xurması gəlir;Oxuyur türfə gözəllər, kəklik tək sədası gəlir;Aşıq üçün cənnət qoxur daşın, torpağın, Şah dağı!
Mən gəzmişəm Qafqazyanı, haqq səni bir xəlq eləyib;Ağrı dağı padişahdı, səni vəzir xəlq eləyib;Çiçəklərin kimyədi, daşını dürr xəlq eləyib;Boyun minadan çəkilib, sərində pir xəlq eləyib;Murov, Muşov, Murğuz, Kəpəz olmaz yamağın, Şah dağı!
Hansı iyid dara düşsə, nəzir deyir, yada salır;Yeddi kralın qaçağı pənahlanıb, səndə qalır;Kor gələndə, şəfa tapır, müztər gəlsə, mətləb alır;Saatda yüz çiçək açır, hər biri bir irəng çalır;Belə məlum, qüdrətdəndi Küpün, boyağın, Şah dağı!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-sah-dagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Türkiyəyə gedən yollar,Məni məftun edən yollar
QaldıQərib bağban idim, çox çəkdim cəfa,Dərilməmiş güli-bostanım qaldı.
Bahar çiçəkləriSəd şükr bahar oldu, ötüb fəsli zimistan,Şuralar ilə ziynət alır səhni-gülüstan.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?