Şapəri
Bir saat kərəm eylə,Ərzim deyim qan, Şapəri!Gəlməyib bu cahanaSənin kimi can, Şapəri!Hüsnünə mail olarYusifi-Kənan, Şapəri!Ya hurisən, ya pərisən,Ya da ki, Qılman, Şapəri!Xəstələr Loğmanısan,Dərdlərə dərman, Şapəri!
Gəlməyib heç gözələBu dünyada belə nişan;Zülf bulud, qabaq ayna,Qaşlarının tağı kaman;Burun püstə, dodaq qaymaq,Ağ buxaq, qönçə dəhan;Hüsnünün zərrəsiniGördü aşıq, tapdı iman;Sənə nə bəşər deyilər,Nə də ki, insan, Şapəri!
Hüsnündə qüsur yoxdu,Qeyri işində naşıyam;Boyunun sadağası,Məclisinin peşkaşıyam;Dərdin məni tez öldürər,Qoymaz dünyada yaşıyam;Oldum hicran barkeşi,Gərək qəm yükü daşıyam;Səni gördüm, əl götürdümEvdən, əyaldan, Şapəri!
Saatın xoş vaxtındaSən gəldin qabaq-qabağa;Ağlımı başdan aldın,Məcnun kimi saldın dağa;Sərraf olsa bir teliniVerməz külli-Qarabağa;Şəki, Şirvan, ŞamaxıOlsun boyuna sadağa;Doqquz mahal Irəvan daGözünə qurban, Şapəri!
Bu gözəl peyda olubGöyçə mahalında təzə;Görənlər mail olurGül camala, şəhla gözə;Bir kamil mirzə gərək,Vəsfini dəftərə yaza;Bir xalın Gürcüstana,Bir xalın Çeçen-Çərkəzə;Bir xalın DağıstanaOlubdu sultan, Şapəri!
Gəlməyib bu dünyayaYəqin bilin, böylə sənəm;Üstünə nur yağacaqHansı evə qoysa qədəm;Bilmirəm, nə xoş gündəXəlq eləyib kani-kərəm;Bir görən həsrət çəkir,Deyir: nola, bir də görəm;Qəddinə, qamətinəQalıblar heyran, Şapəri!
Silkinir, qumrovlarıZey-zey deyir, gəlir səsi;Buxağı büllurdandı,Mərmərdən ağdı sinəsi;Əynində xas güləçə,Ətəyində zər baftası;Qaməti ər-ər kimi,Əcəb yaraşır libası;Vəsfini söyləməyəOlmuşam imran, Şapəri!
Aşıq Ələsgər deyər,Bir od salıbsan canıma;Açıb danışa bilmirəmDostuma, nə düşmanıma;Qoy sərim qurban olsunSən kimi zivər xanıma;Öldür xaki-payında,Əllərin batsın qanıma;Bəlkə, intizar getməyəmMən bu dünyadan, Şapəri!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-saperi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən gedirəm, halallaşaq, ayrılaq,Görmüşəm sizlərdə vəfanı, dağlar!
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Ər libasın geyə hər rənglə zən, mərd olmazƏr libasın geyə hər rənglə zən, mərd olmaz,Mərd hərçənd ki, zən öldürə, namərd olmaz.
Məni-bimarə müddətdir olub yaği qara gözlərMəni-bimarə müddətdir olub yaği qara gözlər,Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.