Xaliqi-ləmyəzəl-AllahMöcüz nümayan eləyib;Görün, bir qətrə mənidənNə cürə insan eləyib?!Ona fəthi-nüsrət verib,Bəbir pəhləvan eləyib.Səfalının yaylağındaDörd dəfə meydan eləyib.

Hər kimə xişm ilə baxsa,Xofu hərəsan eləyib.Xaçpərəstli-müsəlmanlıCəm oldu Göyçənin eli;Döyüləndə kus-nağara,Xişmə gəlib, oldu dəli.Əlini qoyub köysünə,Hərdən çəkərdi “Ya Əli!”.Atdı göyə pəhləvanı,Düşdü yerə, sındı beli;Kalvayı Molla HümmətiBir dəstə reyhan eləyib.

Meydanlı şövq elədi,Üstüncə bəylər yeridi;Seyistandan Rüstəm qalxıb,Maliki Əjdər yeridi;Dərya kimi cuşa gəlib,Şir kükrəyib, nər yeridi;Gördü, bəylər qafil olub,Aşıq Ələsgər yeridi:– Amandı, girmə meydana,Çoxların peşman eləyib!

İqbalları yeyin olsunƏsədin, Molla Balının,Qasım ilə Nağı bəyin,Mədəd ilə Sevdalının!Müxənnətlər daldasındaGizləndi dünya malının;Kalvayı Söyün baxıb gördü,Şoru çıxıb şorcalının;Aşığa bir cöngə verib,Könlünü rövşan eləyib.

Kalvayı Söyün kimi iyidGəlməyib ruyi-zəminə;O kişi sidqin bağlayıbHaqqın ismi-əzəminə.Yaşıl yüzlükləri beş-beşGedir çinelin† dəminə;Çinellər baş-başa durub,İşi salırlar “çəminə”:“İsgəndərə tənbeh yoxdu,Şah belə fərman eləyib”.

Yoxdu Göyçə mahalındaİsgəndər tək iyid gəzən;Dost yolunda başın qoyubDüşmanın canın üzən.Yoxsulların əlin tutan,Ac doyuran, əysik düzən.Bir düjün tüfəngin gördüm,Aynalı, berdanqa, süzən...Berdanqaya nabələdəm,Aynalı beş qan eləyib.

Sağ yanında QararxaçınÇox yaxşıdı bir adəti;Samavar qaynayıb coşar,Çatmadan qurtarmaz əti.Hər gələnə hörməti var,Aşığa cöngə xələti.Peyğəmbər süfrəsin silkib,Heç üzülməz bərəkəti;Nəfi mindən-mindən gəlir,Gədələri xan eləyib.

Alagöllər, Qaraxaç,Keyitdi* başın, Səfalı!Səndə əylənən xan olur,Gəlir peşkaşın, Səfalı!Çeşmələrin abi-həyat,Mərcandı daşın, Səfalı!Gözəllərin zinətidiAlın, qumaşın, Səfalı!Aşıq Ələsgər bəyənib,Vəsfini dastan eləyib.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri