Bir əlçim buluddu,Bir ömür umuddu,Bir içim sudu.Yandıqca odlanan ocaqdı,Daddıqca dadlanan arzudu.Bir dərə bahar leysanıdı,21 Azərin qanıdı,Cavad xanın qətl yeridi,Sabirin “Fəxriyyə” şeridi,Dağları dumanda itən –Vətən... Vətən!

Hadinin şeir bazarıdı,Füzulinin məzarıdı,Taleyin ələnən ələyidi.Durna lələyidi.Araz hörüyündənkəməndə düşmüş Sevildi.“Ənəlhəq” harayıdı.Ələsgərin sazıdı.Qədim əlyazmasıdı –Dahilər boylanır sətirlərindənVətən... Vətən!

Şimşəklər çinartək sancılıb yerə,Düşmənin gözünə dirsəkdi hər dağ,

Babalar atını sürüb gedibdi,Qalalar boylanıb qalıbdır ancaq.Oğlu – Şah İsmayıl Xətayi adlı,Ağ atlı oğlan var, atı qanadlı;Bir də Suraxanı atəşgahı var,Bir də Misri qılınc, bir də Çənlibel;Bir də“Heydərbaba” yazılmış bir dil.Torpağı ot deyil, kişi göyərdənVətən... Vətən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən