Keçdi
Ümid oldum ömrə, günə,Yaş məni doğradı, keçdi.Əl atdım sal qayalara,Daş məni doğradı keçdi.
Endi əkinə-biçinə,Düşdü dilimin ucuna,Zəhər qatdılar içinə,Aş məni doğradı keçdi.
Xırmanımı vəl apardı,Çiçəyimi yel apardı,Gözlərimi sel apardı,Yaş məni doğradı keçdi.
Nəzər adlı bıçaq kəsdi,Sevinc məndən ayaq kəsdi,Buz göynətdi, sazaq kəsdi,Qış məni doğradı keçdi.
Çiçək oldum, yarpaq oldum,Xəzan vurmuş bir bağ oldum,Tapdalandım torpaq oldum,Xış məni doğradı keçdi.
2010, 24 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kecdi-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ürəyinə bir xal düşür, ləkə düşür,Baxışına bulud enir, kölgə düşür.
Cilli aşıq MüseyibCilli aşıq Müseyib!Sənin sazın dil açıb Cildən oxumaz daha,
O qızın göz yaşlarıXocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar olaraq yas*mərasimi – şəhidləri anma günü keçirilirdi. Hər çıxışda bir*
Kökündən qopan ağacSəs aparır beynimi,Səs aparır başımı.
Başqa şairlərin şeirləri
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.