Küskün gözəl
Mürəkkəbləmi yazdı, qanlamı möhürlədi,Qələmi qırılaydı məni sənə yazanın.Cəhənnəm atəşidi sənlə üz-üzə gəlmək,Necə çəkim yükünü mən bu boyda cəzanın.Çiçəklərin içində bir ürək saxlamışdım,Günahkarı sən oldun qəlbə düşən xəzanın.Sən elə qarğamışsan taleyimə, bəxtimə,Nə namazın xeyri var, nə duanın, əzanın.Sən öyrətdin dilimi şikayətə, qarğışa,Pərəni pozulaydı, pərənimi pozanın.
2001, 18 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kuskun-gozel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vur-tut, bu dünyada bir ömrümüz var,O da küləklərlə sovrulub gedir.
Dünya, aç üzümə qapılarınıYollarım tilsimdi, bənddi, bərədi,Eşqim bir zirvədi, dərdim dərədi.
Göylər başımın üstündəBu həyatdı sevən məni,Müqəddəs dərgahım kimi.
Bu yeli bir əsdirən varNiyə tez soldu deyirsən,Çiçək özbaşınadımı?
Başqa şairlərin şeirləri · Fələk və tale
Bir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
Neyləyək, məsələ bitir, deyəsənNeyləyək, məsələ bitir, deyəsən,Bizdən icazəsiz ayrılır yollar.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Çatdıqca gücü, fikri budur kəc dövranQoysun məni nakam, eləsin hey divan.