Dərd çoxalsa, dəva sızlar
Uçub getdi könlüm quşu,Budaqda bir yuva sızlar.Görən, harda qərar tutur,Yurd itirmiş yuvasızlar.
Bulud axdı, göy titrədi,Gözümdə hər şey titrədi.Könlümdə bir şey titrədi,Başımda bir tava sızlar.
Bax saçlara düşən ağa,Bax sinədə çarpaz dağa.Gücü çatmaz sağaltmağa,Dərd çoxalsa, dəva sızlar.
2001, 20 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-derd-coxalsa-deva-sizlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qardaş, qana tuş gəlsə də qışımız,Ocağını oddan, közdən soyutma.
Vətən nə çəkibGəlsin şəhidlərin ziyarətinə,Kimin ürəyində qəm varsa, gəlsin!
İçərimdə yatan qüvvətİçərimdə yatan qüvvət, dayan, hələ baş qaldırma,Dağ qaldıra bilmirsənsə, əbəs yerə daş qaldırma!
GəlirBu gün xəyalımdan gör nələr keçir,Yadıma keçmişim, dünənim gəlir.
Başqa şairlərin şeirləri
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.