Soyutma
Qardaş, qana tuş gəlsə də qışımız,Ocağını oddan, közdən soyutma.Əllərini üzmə vaxtın əlindən,Ayağını yoldan, izdən soyutma.
Meydana gir, durub baxma qıraqdan,Al gücünü Vətən adlı çıraqdan.Qələmini ayrı salma varaqdan,Şəkər dili şirin sözdən soyutma.
Yetim görsən, ona ürək-dirək ver,Yoxsul görsən, aç süfrəni, çörək ver.Sevgin varsa, gül bağışla, çiçək ver,İstəyini ala gözdən soyutma.
Gözümüzdən tökmək üçün yaşı var,Başımıza yağmaq üçün daşı var.Bu həyatdı, baharı var, qışı var,Səfərini dağdan, düzdən soyutma!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-soyutma
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey sevgilim, bu yerlərdə görünmə,Anam duyub, üstümüzə göz olur.
NigarEşq olsun o titrək baxışlarındaAçan çiçəklərə, açan güllərə.
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
BuludlarUzaq ölkələrə, iraq ellərəAxışan buludlar, axan buludlar!