Muraz ili murazıma baxdı kəm,Çoxlarını tale qoydu can üstə.Xəstə gördüm, sağalmazdı yarası,Zaman-zaman qalasıdı yan üstə.

Bəd nəfəsdən zəhərləndi hava, su,Baş apardı çox başların havası.Dava gedir – millət, qeyrət davası,Dava gedir – şöhrət üstə, şan üstə.

Hansı yağı qismətimi bölmədi?Hansı yağı ürəyimi dəlmədi?Mənim ilim at üstündə gəlmədi,Gəldi, qardaş, qırğın üstə, qan üstə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale