Qəbiristana gedən yolda
Addımları ağır gördüm,Adamları fağır gördüm,Neçə nəmli cığır gördüm,Qəbristana gedən yolda.
Gözümdə bulud apardım,Könlümdə sükut apardım,Çiynimdə tabut apardım,Qəbristana gedən yolda.
Qəmsiz bircə baxış yoxdur,Sevinc adlı naxış yoxdur,Giriş varsa, çıxış yoxdur,Qəbristana gedən yolda.
Ləngimək var, yorulmaq var,Sökülmək var, qurulmaq var,Təmizlənib durulmaq var,Qəbristana gedən yolda.
Ah qalxır, aha qovuşur,Ağı segaha qovuşur,İnsan Allaha qovuşur,Qəbristana gedən yolda.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qebiristana-geden-yolda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
İstərəm bu dünyada elə ömr eləyim ki,Hərarətim günəş tək məndən sonra da qalsın.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,