Bu axşam
Nə sözüm tükənir, nə dilim susur,Vergimi veriblər mənə bu axşam?Gözümün önündən gözəllər keçib,Gəlmişəm imana, dinə bu axşam.
Boylanmaq olmur ki, oba var, el var,Gözümdə yağış var, qəlbimdə sel var.Bir hovuz yanında qırx incəbel var,Od tutub alışır sinə bu axşam.
Ruhum saza dönüb, ürəyim neyə,Qorxuram ayrılıq xətrimə dəyə.Fikir dağlarında tikmişəm dəyə,Qurmuşam özümə binə bu axşam.
Sevgidən, ilhamdan yoğrular maya,Kövrələr gül-çiçək, məst olar qaya.Bir şeir süzülüb gələr dünyaya,Bir şair doğular yenə bu axşam.
2002, 6 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bu-axsam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Lənkəranın Gül bağında gəzirəm.Mən behiştin qucağında gəzirəm.
Dili-üşşaqə gərçi qeydi-zülfündən fərar olmazDili-üşşaqə gərçi qeydi-zülfündən fərar olmaz,Götürmə bəndi zəngirin, əsirə etibar olmaz.
DağlarMən gedirəm, halallaşaq, ayrılaq,Görmüşəm sizlərdə vəfanı, dağlar!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,