Saz
Yuxuda gördüm dinir sinəmdə sədəfli saz,Coşub nəğmə deyirəm, könlüm edibdi pərvaz.Baş pərdədə qıy vurub səslənəndə “Sarıtel”,Sandım ki, yaylaqdayam, gurladı dağlarda sel.Dilləndirdim telləri “Yanıq Kərəmi” üstə,Elə bil qəm calandı qəlbimin qəmi üstə.Onda duydum, bu hava havaların şahıymış,Od tutub yanan Kərəm məhəbbət allahıymış.Ağlatmazdı, bəlkə də, dağdan ağır qəm məni,Tellərdə qüdrətə bax, ağlatdı “Dilqəm” məni.“Cəngi” zilə düşəndəElə bildim minmişəm Koroğlunun atına,Lap ucaldı xəyalım göyün yeddi qatına.Sanki Nigar soruşdu: “Dağlar, Eyvaz hardadı,Üç ərənim, üç balam azaddı, ya dardadı?”Oyandım sərsəm kimi, bu səsdən, bu nalədən.Neylim, doya bilmədim o çağlayan bulaqdan,tökülən şəlalədən.Məndən ötrü hər hava şirinlikdə bal idi,Ancaq həqiqət deyil, heyif ki, xəyal idi.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-saz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Eyləmişdim, sənəma, vəslinə adət gecələrEyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
Qaradağ xanınaOtuz dəfə dad etmişəm sənə mənZahidlərə uymagilən ağa, sən.