Hər xeyrin qarşısındaBəd əməl, bəd iş dayanıb.Bağrımızı deşmək üçünQızardılmış şiş dayanıb.

Göy yerə qovuşa bilmir,Can atır, yovuşa bilmir.Xatadan sovuşa bilmir,Qayalar diş-diş dayanıb.

Yara ağırdı, bitişməz,Bu qada candan ötüşməz.Əsli Kərəmə yetişməz,Arada keşiş dayanıb.

2000, 17 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri