Ömrüm, həyatım boyusizə ehtiyacım var,Siz ehtiyac oldunuz,ey mənim sevdiklərim.Gözə işıq, qəlbə nur,ürəyə od, cəsarət,Dərdə əlac oldunuz,ey mənim sevdiklərim.

Udduğum havasınız,çəkdiyim nəfəssiniz,Sözsünüz, fikirsiniz,nəğməsiniz, səssiniz.Ordulardan güclüyəm,ordulara bəssiniz.Başımda tac oldunuz,ey mənim sevdiklərim.

Sonsuzluq olarsınız,ömür sürmək istəsəm,Pilləkən olarsınız,haqqı görmək istəsəm,Eşqimin meyvəsininə vaxt dərmək istəsəm,Barlı ağac oldunuz,ey mənim sevdiklərim.

Sizi duydu varlığım,sizi gördü gözlərim,Üstümə dağ çöksə də,bükülmədi dizlərim.

Əlvan bir xalı kimitoxunanda sözlərim,Əriş-arğac oldunuz,ey mənim sevdiklərim.

Ana qucağı kimiisti bir qucaqsınız,Üşüyən ürəyimiqızdıran ocaqsınız,Tapındığım qiblətəkhaqlısınız, haqsınız,Sevgimə tac oldunuz,ey mənim sevdiklərim.Peyğəmbər yolu kimisizə dəydim qayıtdım,Eşqə merac oldunuz,ey mənim sevdiklərim.

2001, 8 yanvar Altıağac

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq