Örtül, göz qapaqlarım
Nə bir yarpaq tərpənir,nə bir əsim külək var,Hara baxırsansa bax,ancaq gül var, çiçək var.Sənə bu sakitliyiheç yerdə verməz həyat,Örtül, göz qapaqlarım,bir az dincəl, bir az yat.
Daşı çox, kəsəyi çox,yollar çox hamar olmur,Başımız ağrı çəkir,saçımız tumar olmur,Həmişə təbiətdəbu sakit damar olmur.Aramla vur, ürəyim,rahat ol, bir az rahat,Örtül, göz qapaqlarım,bir az dincəl, bir az yat!
Uyu, əsəbim mənim,soyu, qəzəbim mənim,Ağrım-acım, yoxa çıx,qurtar, əzabım mənim,Çatmır bu qədər yükə,dözümüm, tabım,Bir yox, yeddi yerindənürəyim çat verir, çatÖrtül, göz qapaqlarım,bir az dincəl, bir az yat.
Həmişə bahar olmurqış gəlir, qardan keçir,Ömür çaxnaşmalardan,qasırğalardan keçir.İşimiz addımbaşısınaqdan, dardan keçir,Zəhər qatdığın yetər,bir az ruhuna bal qat,Örtül, göz qapaqlarım,bir az dincəl, bir az yat.
Nə olsun ki, dünyanınəşrəfisən, zərisən,Hər nə var əbədidir,təkcə sən gedərisən.Tez yanıb kül olarsan,belə yansan, ərisən,Onsuz da son zənginiçalacaq bir gün həyat,Ruhum, beynim, düşüncəm,bir az dincəl, bir az yat!
2002, 2 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ortul-goz-qapaqlarim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yanaqlar qızarır yaş çoxalanda,Titrəyir yollarda diz, qocalırıq.
Bir olmurDostum, gileylənmə yaddan, yaxından,Əzəldən belədir, hamı bir olmur.
Nəğmə istəyirəm, elə nəğmə kiNəğmə istəyirəm, elə nəğmə ki,Eşqimə, ruhuma həmahəng ola.
Ustad aşığaÜrəklər bu gün də əzizlər onu,Nəğməli dillərin Ələsgəridir.
Başqa şairlərin şeirləri
Bir də yolum düşsə yar otağına,Mənim işim hamı kəsdən saz keçər,
Gəraylı: Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.
Nihani bəslənir ləlin xəyalı can arasındaNihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.