Dostum, gileylənmə yaddan, yaxından,Əzəldən belədir, hamı bir olmur.Hər kəsin evinin öz qibləsi var,Çırağı bir olmur, şamı bir olmur.

Zaman dövr eləyir hər axşam-səhər,Bir günü bal olur, bir günü zəhər.Birində sevinc var, birində qəhər,Hər günün ləzzəti, tamı bir olmur.

Zəlimxan söyləsin, bil, yavaş-yavaş,Bir yerdə olarmı ayaq ilə baş.Birində nəm hava, birində daş-qaş,Həyatın sarayla damı bir olmur.

1971, 25 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri