Zirvələrdən doymaq olmur,qardan papaq, günəşdən tac,gözəlliyə gözlərim ac.Hey gəz deyir, dolan deyirbu yastana, bu yal-yamac,gözəlliyə gözlərim ac.Səhər yeli, dağ havası,ruha məlhəm, dərdə əlac,gözəlliyə gözlərim ac.Sığın palıd kölgəsinə,bax meşələr ölkəsinə,Beşiyimiz, tabutumuzmin bir adda min bir ağac,gözəlliyə gözlərim ac.Yaşıllıqdan doymaq olmur,Toxuculuq dərsi keçir.Min bir xalı, əriş-arğac,gözəlliyə gözlərim ac.Yaradanın yaratdığıgözəl olan hər nə varsa,Ürək təşnə, könül möhtac,gözəlliyə gözlərim ac.Min il gəzsəm, min il yazsam,Tanrı əgər versə rəvac,Yenə doydum deyəmmərəm,gözəlliyə gözlərim ac.

2006, 5 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri