Subay qızın sualı
Hər quşun öz yuvası var,Hər Adəmin Həvvası var.Hər ömrün sevllən fəsli,Hər fəslin öz havası var.Sevişdi göylər, buludlar,Sevişdi quşlar, böcəklər,Məni nə vaxt sevəcəklər?
İki baş yastığa gəldi,İki əl dörd əlin oldu.Qonşumuzun qızı köçdü,Qonşu kənddə gəlin oldu.Qovuşdu əllər, ətəklər,Süzüldü ballar, pətəklər,Sevişdi ağ kəpənəklər,Məni nə vaxt sevəcəklər?
Boy-buxunum ölçülüdür,Həsrətim ölçüyə gəlməz.İnsaf oğlan ürəyinə,Rəhm bir elçiyə gəlməz.Köz ilə kömür sevişir,Daş ilə dəmir sevişir,Qayayla mamır sevişir,Sevişir bağda bülbüllər,Sevişir düzdə çiçəklər,Məni nə vaxt sevəcəklər?
Daha hamı qışdan çıxıb,Hamı yaza doğru gedir.
Arı uçur çəmənlərə,Oğlan qıza doğru gedir.Yağışla torpaq öpüşür,Budaqla yarpaq öpüşür,Dil ilə dodaq öpüşür.Tək olan bir Yaradandı,Qoşalaşır bütün təklər,Məni nə vaxt sevəcəklər?Məni nə vaxt sevəcəklər?
2006, fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-subay-qizin-suali
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Hiç kim, ya rəb mənim tək didə pürxun olmasın,Duzəqi-ümmid sınmış, qərqi-Ceyhun olmasın.
Ancaq gül üzünlə ürəyim, bil, şəndirOlsan harada, ora mənə gülşəndir.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.