Kim daha çox sevirsə
Bu cavan oğlana “qardaşım” de,Sənin qardaşın olsun.İnsana sevgiylə dillən,Ucalan başın olsun.Bu cavan gəlinə “bacım” de,Qoy sənin bacın olsun.Dildən şirin çıxan söz,Başında tacın olsun.Bu körpə uşağa “balam” de,Qoy sənin balan olsun.İnsan oğluna inan,Səngərin, qalan olsun.Bütün ağbirçəkləri,Öz anan gözündə gör,Hər biri anan olsun.Ürəyində inamı,Qarlı bir dağa döndər,Dərdə dayanan olsun.Bütün küsənləri barışdır,Arada at oynadan,Savaş yox, barış olsun.Nifrətləri əritsin,Eşqin, sevginin odu.Sevənlər arasında,Sevgidən yarış olsun.Kim daha çox sevirsə,Çevrilsin ziyarətə.Məhəbbətin yolundaƏsil axtarış olsun.2000, 2 oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kim-daha-cox-sevirse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstanbul qızının teli darandı,Dedi: – Gözəldimi?
İstanbulda quşlar qondu çiyniməİstanbulda quşlar qondu çiynimə,Aman Allah! Quşlara bax, quşlara.
Məhməd Akif Ərsoyun ev-muzeyindəTürk dövlətinin başçısı Mustafa Kamal paşa ölkənin him -*nini yazdırmaq üçün 724 şairin iştirak elədiyi bir şeir müsabiqəsi*
Qoşa sətirlərBu sətirləri böyük türk şairi*Nəcib Fazil Qısakürəyin ruhuna bağışlayıram*
Başqa şairlərin şeirləri · Eşq
Heç bilməzəm nəəqt vəqtədən sevdiyim,Gözlərim yolunu bu saqi nədi?
Ürəyim çox yaman sancdıÜrəyim çox yaman sancdı.Dedim ölüm sevgi kimi ürəyimə
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,