İstanbul qızı
İstanbul qızının teli darandı,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!Büllurdan töküldü, nurdan yarandı,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!
Qulağın sırğası, saçın cunası,Barmağın üzüyü, əlin xınası,Elin yaraşığı, gölün sonası,Dedi:– Gözəldimi?Dedim: – Gözəldi!
Üzün təbəssümü, yanağın xalı,Qəlbin hərarəti, dodağın balı,Belin incəliyi, gərdənin şalı,Dedi: – Gözəldimi?Dedim – Gözəldi!
Sevgi yollarıyla çıxılan yoxuş,Tanrı əlləriylə vurulan naxış,Vurulan, durulan, süzülən baxış,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!
Baxışı söndürdü odlanan şamı,Görüşlər həyatın ləzzəti, tamı.Nurlu İstanbulun aylı axşamıDedi: – Gözəldimi?Dedim: – Gözəldi!
Ağlımı, ruhumu əlimdən aldı,Ney kimi göynətdi, saz kimi çaldı.Axırda bir şirin xəyala daldı,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!
Ömürdən saymadı boş keçən ömrü,Bahara döndərdi qış keçən ömrü,İnsanın insanla xoş keçən ömrü,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!
Qəlbimin anını sızan eylədi,Məni eşqə saldı, yazan eylədi,Şair Zəlimxanı ozan eylədi,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-istanbul-qizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bağrıma basıram gecələri mən,Axşamda, səhərdə səni gəzirəm.
Yuxunun əlindən alıb gecəniYuxunun əlindən alıb gecəni,Bir sirdaş olmuşam əriyən şama.
Nə gəl bənövşətək boyun əy, gözəlNə gəl bənövşətək boyun əy, gözəl,Yandırma bağrımı nə lalə kimi.
BilmirəmNeyləyim, mənimki belə düşübdü,Yersiz kəlmələrə dözə bilmirəm.