Yaşıl yaxalardagül dərən gözəl,Gül olub, könlümügüldürən gözəl,Kimə verəcəksənbu çiçəkləri?

Düşdüyün sevdanındadını söylə,Söylə, doğmasını,yadını söylə.Bəlkə, tanıyıram,adını söylə,Kimə verəcəksənbu çiçəkləri?

Dər bu çiçəkləri,dər, gözəl mələk,Dərdikcə ruhumasər, gözəl mələk.Sənə min göz iləbir şair baxır,Rəngi tül, yanağızər, gözəl mələk.

Duymuşam qəlbindənkeçənləri mən,Ulu məhəbbətə,uca sevgiyə,Dinə verəcəksənbu çiçəkləri.Mənim ürəyimdədoğan sevgiyə,Günə verəcəksənbu çiçəkləri.Bilirəm, getməzsənməndən uzağa,Dünyaya gül şeirigətirmək üçün,Mənə verəcəksənbu çiçəkləri..2002, 6 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar