Mənim də qəlbiməƏyyub səbri ver,Əyyub bədəninəqurd verən Allah.Mənim də yuvamasağ gözünlə bax,Qurda da, quşa dayurd verən Allah.

Eşqin bağçasındandərim barımı,Öpüm dərgahımı,tapım yarımı.İki yox, dörd eləqanadlarımı,Müqəddəs kitabıdörd verən Allah.

Qarşında dayananquldu, bəndədi,Hələ can çıxmayıb,ruh bədəndədi.Bu gün Zəlimxanıngözü səndədi,Göndər dərmanını,dərd verən Allahl

Almaniya, Hannover

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq