Fikirlərin naxışıdı,Duyğuların yağışıdı.Göyün yerə baxışıdı,Bu gecə yazdığım şeir.

Qayaların inadıdı,Qartalların qanadıdı.Külüngümün Fərhadıdı,Bu gecə yazdığım şeir.

Sözün barlı ağacıdı,Başın sevgidən tacıdı.Peyğəmbərin meracıdı,Bu gecə yazdığım şeir.

Ürəkdə nurdu, ziyadı,Sağlam ruh, halal mayadı.Pıçıltılı bir duadı,Bu gecə yazdığım şeir.

2002, 8 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri