Məni nə bir dost töhməti,Nə də bir qarğış öldürür.Nə başıma dəyən dolu,Nə yağan yağış öldürür.Nə rəngi saralan payız,Nə də ki qar, qış öldürür.Əzrayılın xəbəri yox,Mənim iki cəlladım var,Məni cüt baxış öldürür.

2000, 3 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar