Ön söz başqa şeydi,son söz başqa şey.Ön sözün olmasa,son sözün olmaz.Ürəksiz, ilhamsızmin söz deyərsən,Yaddaşda qalasıon sözün olmaz.

Əlini varaqdanayırma qəti,Ön söz başlamaqdı,son söz dayanmaq.Şair qismətidi,şair qismətiÖn sözdə alışmaq,son sözdə yanmaq.

Çəkir öz canınaişığı, zəri,Sözlər fikirlərinçələngi kimi.Son söz də kövrəldirsaf ürəkləri,Məktəb illərininson zəngi kimi.

Bir təzənə çəkdimhər gümüş simə,Səsim qulaqlardangedən səs deyil.Mən nöqtə qoymuramşeirlərimə,Yazdığım son sözdü,son nəfəs deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri