Azərbaycan bir nəğmədir,Sözü mənim ürəyimdə.Eşqi uca zirvələrdə,Özü mənim ürəyimdə.

Nə qorxusu qışın, qarın,Nə vaxt olsa seyrə varın.O çağlayan bulaqlarınGözü mənim ürəyimdə.

Döyüşdədir hər gün, hər ay,Düşmən üstə, çəkir haray –Qafur, Mehdi, Cəmil, Gəray,Həzi – mənim ürəyimdə.

Gözüm qaynar gözə baxdı,Alov əmdim körpə vaxtı.Ana Vətən bir ocaqdı,Közü mənim ürəyimdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən