Bu torpaqda izim qala,Naxış olam kaş daşına.Oğul kimi arxalanam,Dönəm xalqın yaşdaşına.

Bir hay verəm harayına,Bu tayından o tayına.Yola dönəm – sarayınaSinəm üstdən daş daşına.

Mən bələdəm dağ-dağ ona,Dözəmmərəm dağ dağına.Bir arxadı dağ, dağına,Yaraşıqlı daş, daşına.

Yaşar könlüm min həvəsdə,Sarsılmaram son nəfəsdə.Qara daşı qəbrim üstdəQoy çevrilsin başdaşına!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən