Təki ürəkdən gələ,Gülməkdən gözəl nə var?Gülə-gülə göz yaşı,Silməkdən gözəl nə var?

Qonaq edə bağına,Çağıra qız çağına.Gözəlin ayağına,Gəlməkdən gözəl nə var?

Qismət tuta, sarıya,Ömür bəxtdən yarıya.Yarla canı yarıya,Bölməkdən gözəl nə var?

Sözün gücü yerində,Eşqin sirri dərində.Bir qız qədəmlərində,Ölməkdən gözəl nə var?

2001, 15 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale