De, gəlsin
Könül, sağlam toxum kimi,Səp dağa, düzə şeirini.Yaralara məlhəm eylə,İşıq bil gözə şeirini.
İnci gəzə, ləl axtara,Axtaran gözəl axtara.İgidlər əl-əl axtara,Gözəllər gəzə şeirini.
Ax çayın ahəngi ilə,Çax şimşəyin zəngi ilə.Çiçəklərin rəngi ilə,Naxışla, bəzə şeirini.
Dolu ürək, isti başnan,Gözləri yandıran yaşnan,Könüldəki od-ataşnanDe, gəlsin, təzə şeirini.
2000, 15 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-de-gelsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Söndür şamı, pərvanə tez gəldi çıraği-çanımızSöndür şamı, pərvanə tez gəldi çıraği-çanımız,Qan ağla, ey gülzarımız, güldü güli-xəndanımız.
İndiQəm əlindən şikəstəyəm, ovrağam,Dilim eylər nalə indi, zar indi.