Şam ağlayır, dəftər gülür,qələm yazır, əl sevinir,Həmsöhbətəm bir şairləbaş-başa qalmış gecədə.Həmsöhbətəm, körpələriyatıb şirin bir yuxuda,Gözəlləri fikrə gedib,xəyala dalmış gecədə.

Uzaq yollar yolçusuyam,sözdü yüküm, sözdü şələm,Dildə zikr, başda fikir,ürəkdə od, əldə qələm.Gah Yunusam, gah Qorqudam,gah Ələsgər, gah Veysələm,Duyğuları bir saz kimikönlümü çalmış gecədə.

Talesizlər taleyinəgöz yaşları ələmişəm,Bir ney kimi nalə çəkib,quzu kimi mələmişəm.Neçə-neçə ağ varağıqara rəngə bələmişəm,Söz yanında üzüm ağdırəngi qaralmış gecədə.

2001, 7 yanvar Altıağac

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri